Ermənistanda etiraz aksiyaları keçirilir – VİDEObackend

Ermənistanda etiraz aksiyaları keçirilir - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda müharibənin dayandırılması haqqında bəyanat imzalamasını pisləyən yüzlərlə yerevanlı gecə saatlarında ölkə parlamentinin iclas zalına girib.

PARLA bildirir ki, bu barədə “TASS” xəbər verib.

“Biz Nikol Paşinyanı tələb edirik. Kim ona bunu imzalamağa hüquq verib?”, – etirazçılar deyir.

Hazırda parlament binasında və onun ətrafında vəziyyət gərgindir, etirazçılar ətrafdakı bütün küçələri bağlayıb.

 

Etiraz edənlər daha sonra küçələrdə öz səslərini eşitdirməyə çalışıblar.

www.parla.az