Ermənistanda bütün xəstəxanalar yaralılara görə boşaldıldıbackend

Ermənistanda bütün xəstəxanalar yaralılara görə boşaldıldı

Ermənistan ərazisindəki xəstəxanalar Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə görə xəstələrin planlı qəbulunu dayandırdı.

PARLA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Müvafiq əmr qurumun rəhbəri Arsen Torosyan tərəfindən imzalanıb.

Beləliklə, tibb müəssisələrində ancaq reanimasiya və təcili tibbi yardıma ehtiyacı olanlar qəbul ediləcək. Qalan xəstələr evə buraxılacaq və ambulator nəzarət altına alınacaq.

www.parla.az