Ermənistan Tavuşdakı yaralı hərbçilərinin bir hissəsini açıqladıbackend

Ermənistan Tavuşdakı yaralı hərbçilərinin bir hissəsini açıqladı

Ermənistan rəhbərliyi israrla Tavuş vilayəti istiqmaətində verdiyi itkiləri gizlədir.

Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan keçirdiyi brifinqdə yalnız yaralılardan bəhs edib.

PARLA xəbər verir ki, Ovannisyan yaralılardan 5-nin durumunun ağır, birinin isə son dərəcə ağır olduğunu bildirib.

Ermənistan tərəf gülüş doğuran iddia ilə çıxış edərək bildirib ki, döyüş mövqelərində cəmi 36 hərbçi yaralanıb və artıq onların əksəriyyəti hospitaldan mövqelərinə qayıdıblar.

Azərbaycan tərəf isə əminliklə bildirir ki, Ermənistanın itkiləri 100-ə yaxındır. Bir sıra ekspertlər ön xətdə məhv edilən erməni hərbçilərin əksəriyyətinin ərəb ölkələrindən gətirilmiş muzdlular olduğunu, bu səbəbdən adlarının açıqlanmadığını söyləyirlər.

www.parla.az