Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli şəxsləri işdən çıxarıldıbackend

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli şəxsləri işdən çıxarıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks Kəşfiyyat Departamentinin rəhbəri, general-mayor Ovanes Karumyan vəzifəsindən azad edilib.  

PARLA xəbər verir ki, O. Karumyanın işdən çıxarılmasının səbəbi açıqlanmır.

Qeyd edək ki, dünən vəzifəsindən azad edilənlər sırasında Ermənistan MTX Sərhəd Qoşunlarının Komandanı Vahinak Sarkisyan da var. 

MTX direktoru Arqişti Kərəmyan isə oktyabrın 8-də istefaya göndərilib.

www.parla.az