Ermənistanda koronavirusa yoluxma halı gün keçdikcə artmaqdadır.
PARLA erməni mətbuatına istinadən xəbər verir ki, son sutkada 1058 yeni yoluxma halı qeydə alınıb, ümumi say 58624-ə çatıb.
Ermənistan Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatında qeyd edilir ki, son sutka ərzində 395 xəstə sağalıb və bü günə sağalanların ümumi sayı 46713-ə çatıb. Hazırda 10561 nəfər koronavirusdan müalicəsini davam etdirir.
Son gündə Covid-19-a yoluxmuş 7 xəstə vəfat edib, ölənlərin ümumi sayı 1039 nəfər təşkil edir.