Ermənistan bu dəfə Qəbələ, Kürdəmir və Siyəzəni hədəf aldıbackend

Ermənistan bu dəfə Qəbələ, Kürdəmir və Siyəzəni hədəf aldı

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter səhifəsində Ermənistan silahlı qüvvələrinin dinc əhali və mülki infrastrukturu hədəf alması məsələsinə toxunub:

“Mülki vətəndaşlar və mülki obyektlər Ermənistanın raket zərbəsi ilə hədəf alındı. Ermənistan mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir”.

Qeyd edək ki, düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

 


www.parla.az