Ermənistan Baş Qərargah rəisi Qarabağdabackend

Ermənistan Baş Qərargah rəisi Qarabağda

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan işğal altında olan Dağlıq Qarabağa gedib.

PARLA bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Qasparyan Qarabağda şərq istiqamətində bir sıra hərbi obyektləri ziyarət edib. Onu separatçı qurumun “müdafiə naziri” Cəlal Harutyunyan müşayiət edib.

Qeyd olunur ki, o, bundan əvvəl separatçıların rəhbəri Arayik Harutyunyanla görüşüb.

www.parla.az