Ermənilərin daha bir yalanı ifşa edildi – FOTOLARbackend

Ermənilərin daha bir yalanı ifşa edildi - FOTOLAR

Ermənilərin yaydığı daha bir yalanı ifşa edilib.

PARLA xəbər verir ki, Azərbaycan ordusunun guya erməni kilsəsininə atəş açması xəbəri yayılıb. Lakin bu xəbər həqiqəti əks etdirmir.

1) Şəkillərə qiqqətlə baxsanız görərsiniz ki, atılan raket və ya top mərmisinin yaratdığı şok nəticəsində ətrafda hər şəy dağılıb, yerə bərkidilən oturacaqlar qırılıb, sınıb, amma kilsənin şüşələrinə heç nə olmayıb.

2) İlk paylaşılan şəkildə taxtanın üstündə heç bir kitab olmadığı açıq aşkar görünür, lakin sonradan ortaya bir şəkil çıxır. Müqəddəs kıtabı toza batırıb, boş olan yerə səliqəli qoyub şəkil çəkdiriblər.

3) Tavanda çox səliqəli şəkildə yırtıq açılıb(o ayrı bir sualdı) və tavandan düşən parçalar yerə düşüb. Burda belə bir sual çıxır, daşdan əvvəl yerə düşən rokət qalığı hanı? Düşübsə niyə çəkib, paylaşmadılar?

-Azərbaycan tərəfinin kilsəni vurması bizə nə qazandıracaq? Xristian icmasından, beynəxalq təşkilatlardan, Azərbaycanda yaşayan xristian vətəndaşlarından qınaqdan, ruhdan düşmüş ermənilərdən bizə qarşı nifrətdən başqa heç nə.

-Kilsənin vurulması Ermənistana nə qazandıracaq? Lazımı dəstəyi almayan Xristian dövlətləri ve Beynəxalq təşkilatlardan dəstək, Azərbaycan tərəfinə təzyiq, Azərbaycanı dünyaya faşist ölkə kimi tanıtmaq.

Bir çoxları o ərazinin səhvən vurulduğunu deyir, lakin Kilsə ətrafı boş bir ərazi olduğu üçün orada elə bir obyekt yoxdu ki, Azərbaycan ordusu onu vurmaq istəsin.

www.parla.az