Ermənilərdən məşhur azərbaycanlı müğənniyə qarşı TƏXRİBATbackend

Ermənilərdən məşhur azərbaycanlı müğənniyə qarşı TƏXRİBAT

Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində Azərbaycanın Xalq Artisti Yusif Eyvazovun iştirakı ilə “Bolşoy i Plasido Dominqo: Jizn v opere” qala konserti 24 oktyabrda baş tutacaq.

PARLA “Sputnik”-ə istinadən xəbər verir ki, əvvəllər də ermənilər azərbaycanlı tenora qarşı məkrli plan hazırlayıb. Sosial şəbəkələrdə sənətçinin iştirakını pozmaq məqsədi güdən tələblər dərc etsələr də, bu təşəbbüs uğursuz olub.

Baş verənlərdən xəbərdar olan Y.Eyvazov erməni tərəfin hərəkətlərinin onu heç təəccübləndirmədiyini deyib:

“Hər şey nəzarət altındadır, narahat olmayın. Çirkli oyun onların həmişəki üslubudur. Sadəcə bütün bunlara reaksiya verməyin”, – deyən Azərbaycanın Xalq Artisti Rusiyadakı həmyerlilərini və pərəstişkarlarını sakitləşdirib.

Konsertin məşqləri 23 oktyabrda Böyük Teatrda olub. Vokalçı əfsanəvi həmkarı ilə söhbətindən bəzi görüntüləri “Instagram” səhifəsində yerləşdirib.

www.parla.az