Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdubackend

Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir.

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 28-i saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunu atəşə tutub.

Nazirlikdən bildirilib ki, gecə və səhər müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Həmçinin səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

www.parla.az