Ermənilər öz polkovnikinin maşınını oğurladılarbackend

Ermənilər öz polkovnikinin maşınını oğurladılar

Azərbaycan Ordusunun məhv etdiyi erməni polkovnik Sergey Şakaryanın avtomobili axtarışa verilib.

PARLA xəbər verir ki, ermənilər sosial şəbəkələrdə sözügedən maşını axtarışa verərək, onun ermənilər tərəfindən oğurlandığını qeyd ediblər.

Belə ki, hər zaman oğru xislətindən qalmayan mənfur düşmən bu dəfə öz polkovnikinin avtomobilini qarajdan oğurlayaraq qaçıb. Deyilənə görə, maşını sonuncu dəfə Sisyanda görüblər.

Qeyd edək ki, Sergey Şakaryan oktyabrın 27-də Azərbaycan Ordusu tərəfindən məhv edilib.

www.parla.az