Ermənilər Moskvada terrorçu yetişdirirlərbackend

Ermənilər Moskvada terrorçu yetişdirirlər

Rusiya ermənilərinin Moskvada fəaliyyət göstərən “Sebastiya” İdman Klubu yanvar ayı üçün yeni qrupun yığılmasına başlayıb.

PARLA xəbər verir ki, Rusiya ərazisində ermənilər arasında hərbi-taktiki oyunlar təşkil edən “Sebastiya” klubuna başçılıq edən 36 yaşlı Armen Buşants yaşı 18-dən çox olan, pasporta malik və hərbi geyim dəsti olan bütün şəxsləri hərbi oyunlar adı ilə təlimə dəvət edib. Məlumatda qeyd edilir ki, “Sebastiya”nın əsas məqsədi ermənilərə təhlükəli mühitdə fiziki və zehni güclərini mümkün qədər daha çox idarə etməyi öyrətməkdir. Maraqlısı odur ki, bu kurslara qadınlar da qoşula bilər.

www.parla.az