Ermənilər “Karabakh” marketdə bir-biri ilə dava edir: “Türk məhsulu satma!” – VİDEObackend

Ermənilər "Karabakh" marketdə bir-biri ilə dava edir:  "Türk məhsulu satma!" - VİDEO

Ermənilər “Karabakh” marketdə bir-biri ilə dava edib.

PARLA xəbər verir ki, hadisə dünən Los Ancelesdə yerləşən “Karabakh” marketdə baş verib. Hadisəyə səbəb isə, marketin sahibinin türk məhsulları satması olub.

Erməni müştəri ona bildirib ki, türk məhsulu satma. Marketin sahibi isə cavabında, “öz marketimdir, özüm bilərəm” deyib.

Sonda isə hadisə yerinə polislər gəlib. Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra ermənilər həmin marketi boykot etməyə çağırıblar.

www.parla.az