Ermənilər Kəlbəcər tunelini partlatdı – VİDEObackend

Ermənilər Kəlbəcər tunelini partlatdı - VİDEO

Köçərkən təbiətə, tarixi məkanlara ziyan vuran ermənilər Kəlbəcərin tarixi tunelini də dağıtmağa çalışıblar. 
PARLA xəbər verir ki, bu barədə məlumatı cəbhə bölgəsində olan Zaur Akifoğlu çəkdiyi görüntülər zamanı qeyd edib. Onun sözlərinə görə, düşmən tuneli dağıtmaq istəsə də, cəhdləri boşa çıxıb

 

Qeyd edək ki, Kəlbəcər tuneli Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Laçın-Kəlbəcər yolunun üzərində yerləşən strateji əhəmiyyət daşıyan tuneldir. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilib. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir. Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir.
Əhəng daşından təşkil olunmuş qayanın daxilindən oyulmuş tunel təxmini olaraq 2 km uzunluğa malikdir. Tunelin eni yalnız bir avtomobilin hərəkəti üçün nəzərdə tutulub. Tuneldə işıqlandırma yoxdur. 

www.parla.az