Ermənilər itirilmiş mövqeləri geri qaytarmaq üçün hücumlara başladıbackend

Ermənilər itirilmiş mövqeləri geri qaytarmaq üçün hücumlara başladı

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Müdafiə Nazirliyi xəbər verir ki, düşmən qruplaşması mühasirəyə alınıb.

Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir.

www.parla.az