Bir neçə gün əvvəl ermənilərin Moskvadakı konsul və diaspor rəhbərinin Food City bazarından qovulması ölkə mətbuatında geniş işıqlandırılmışdı.
PARLA xatırladır ki, bir çoxları bazar rəhbərliyini milli qəhrəman statusuna qaldırmış, bəziləri isə bu hərəkətin qarşılıqlı təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Bu gün Rusiya Erməniləri Birliyinin mətbuat xidməti özünün Facebook səhifəsində yuxarıdakı hadisəyə yekun vurulduğunu bəyan edib. Təəssüf ki, bu dəfə də bizimkilərin qəhrəmanlığı “bir neçə günə” çatıb.
Paylaşımdan göründüyü kimi, bazarın sahibi olan şirkət bir daha milli diskriminasiyaya yol verməyəcəyinə boyun olub.