Ermənilər azərbaycanlılara yenidən hücum etdi – FOTO – VİDEObackend

Ermənilər azərbaycanlılara yenidən hücum etdi - FOTO - VİDEO

Moldova Azərbaycanlıları Konqressinin fəalları Kişinyovda Ermənistan səfirliyinin qarşısında aksiya keçirib.

PARLA xəbər verir ki, aksiya Ermənistanın “iyul təxribatı”na etiraz məqsədi daşıyıb. Dinc aksiyada yazərbaycanlı tələbələr də iştirak edib. Aksiya başlayandan sonra bir qrup erməni əraziyə gəlib və azərbaycanlılara hücum edib. Nəticədə, qarşıdurma yaranıb. Polisin müdaxiləsi ilə tərəfləri ayırmaq mümkün olub. Bundan sonra aksiya iştirakçıları ərazini tərk edib.

Qeyd edək ki, bundan əvvəl Moldova Azərbaycanlıları Konqressi Ermənistan səfirliyinin qarşısında rəsmi İrəvanın təxribatlarına etiraz olaraq dinc aksiya keçirəcəyini bəyan etmişdi.

Hazırda dünyanın bir çox ölkələrində bu tip aksiyalar keçirlir. Maraqlıdır ki, bütün aksiyalarda ermənilər əraziyə gələrək soydaşlarımızı təxribata çəkir, onlara hücum edir, hətta bəzi hallarda fiziki zor tətbiq edirlər.

 

www.parla.az