Ermənilər Ağdamda yanğın törədibbackend

Ermənilər Ağdamda yanğın törədib

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

PARLA xəbər verir ki, yanğın Ağdamın işğal altındakı Şahbulaq kəndi ərazisində müşahidə olunur.

Yanğının tüstüsü cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən görünür.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir

www.parla.az