Ermənilərə dəstək olan “Johnson&Johnson” səhvini düzəltdibackend

Ermənilərə dəstək olan “Johnson&Johnson” səhvini düzəltdi

ABŞ-ın “Johnson&Johnson” şirkəti səhvini düzəldərək rəsmi tvitter səhifəsində separatçıları dəstəkləyən statusunu silib.

PARLA xəbər verir ki, səhvini başa düşən şirkət tərəfindən müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcəyi ilə başlı yeni məlumat paylaşılıb. Məlumatda deyilir ki, yardımlar Beynəlxalq Qırmızı Xaç Təşkilatı vasitəsi ilə paylanacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında “Johnson&Johnson” şirkəti işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı vermişdi.

Şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunurdu. Və bundan sonra sosial şəbəkə istifadəçiləri ilə yanaşı, bir çox yerli supermarketlər şəbəkələri də bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

www.parla.az