Erməni tarixçi: “Qarabağı itirsək, onda Ermənistan da olmayacaq, gərək biz köçüb ayda yaşayaq”backend

Erməni tarixçi: "Qarabağı itirsək, onda Ermənistan da olmayacaq, gərək biz köçüb ayda yaşayaq"

II Qarabağ müharibəsini analiz edən erməni yazıçı-tarixçi Aleksandr Tovmasyan budəfəki gedişatdan, Azərbaycan və Ermənistanın mövqeylərindən danışıb.

PARLA xəbər verir ki, tarixçi aif.ru saytına müsahibəsində 90-cı illərin müharibəsi ilə bugünki savaşı müqayisə edib:
“O zaman Azərbaycan təkbaşına vuruşurdu, amma onda da üstünlük onun tərəfində idi. Bildiyiniz kimi Sovet dövründə Zaqafqaziyanın hər bir respublikasında birləşmiş silahlı ordu var idi. Beləliklə, Azərbaycandakı qruplaşma Gürcüstan və Ermənistandakı birliklərdən götürülmüşdü. Ağdam şəhərindəki anbarlarda mərmi və raket sayı milyonlarla idi.

Qarabağ itkisinin Azərbaycan və Ermənistan üçün əhəmiyyətindən danışan tarixçinin fikirlərinə görə, bu gün erməniləri dünyada var edən bizim torpaqlardır.
“Qarabağ indi itirilərsə, Ermənistan da olmayacaq. O zaman gərək hamımız Avstraliyada hansısa bir yerə köçək, ya da ən yaxşısı ay planetinə gedək. Azərbaycan üçün “Artsax” sadəcə ərazi məsələsidirsə, Ermənistan üçün millətin sağ qalması məsələsidir”.

Azərbaycanın hərbi gücünü dilə gətirən A.Tovmasyan Ermənistanın istənilən mövzuda zəif olduğunu etiraf edib:
“Sizcə Ermənistanda Azərbaycanın necə silahlandığını bilmirdilər? Bunu görməmək sadəcə mümkün deyildi! Azərbaycan daha zəngindir, neft ölkəsidir, arxasında Türkiyə var. Azərbaycan hər baxımdan bizdən üstündür. Ermənistanın arxasında heç kim yoxdur, ona görə də bu vəziyyətdən özümüz çıxmalıyıq.

www.parla.az