Erməni tərəfi yalan məlumat yayır! Əslində cəbhədə son vəziyyət necədir?backend

Erməni tərəfi yalan məlumat yayır! Əslində cəbhədə son vəziyyət necədir?

PARLA xəbər verir ki, Ermənistan tərəfi yalan məlumatlarla vəziyyəti gərginləşdirməyə, insanları səbəbsiz təlaşa salmağa çalışır.

Müdafiə Nazirliyi bildirir ki, bu gün səhər saatlarından Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.

Cəbhədəki son vəziyyətə gəlincə isə noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.

Qeyd edək ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

 

www.parla.az