Erməni saxtakarlığı… – Bu dəfə Hikmət Hacıyevə qarşıbackend

Erməni saxtakarlığı... - Bu dəfə Hikmət Hacıyevə qarşı

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

PARLA xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb:

“Hörmətli izləyicilər! Mənim adıma tvitterdə @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız tvitter-də @HikmetHajiyev adlı hesabım var”.

www.parla.az