Erməni Səfir şikayətləndi: Ağalarovun bazarlarında erməni malları Azərbaycan malları ilə əvəz olunurbackend

Erməni Səfir şikayətləndi: Ağalarovun bazarlarında erməni malları Azərbaycan malları ilə əvəz olunur

Erməni istehsalı olan mallar “Eviniz” bazarlar zəncirinin mağazalarından yoxa çıxıb.

PARLA bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyana istinadən xəbər verir.

Onun sözlərinə görə, böyük erməni ixracatçılar onunla iyulun 23-də səhər tezdən əlaqə saxlayıblar. Deyiblər ki, gətirdiyi konservlər, mineral su və alkoqol dükanlardan çıxarılıb. Bunun əvəzinə erməni malları Azərbaycan istehsalı olan mallarla əvəz edilib.

“Eviniz” əslən azərbaycanlı olan sahibkar Araz Ağalarov tərəfindən təsis edilmiş “Crocus Group” holdinqin bir hissəsidir.

www.parla.az