Erməni səfir: Bizim ümidimiz Rusiyaya qalıbbackend

Erməni səfir: Bizim ümidimiz Rusiyaya qalıb

İrəvan Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin həlli üçün Rusiyanın vasitəçilik səylərinə arxalanır.

PARLA xəbər verir ki, bunu TASS-ın Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan deyib.

“Bu gün Rusiya Prezidentinin mətbuat katibinin bir bəyanatı oldu, dünən isə Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yaydı. Orada baş verənləri dayandırmaq üçün Rusiya bizə vasitəçilik edə bilər.

Bundan əlavə, səfir “Türkiyənin təcavüzkar açıqlamaları” ilə vəziyyətin mürəkkəb olduğunu diqqətə çatdırıb.

Vəziyyəti BMT Təhlükəsizlik Şurasına baxılması üçün təqdim etmə ehtimalı ilə bağlı suala cavab olaraq, İlk növbədə ATƏT-in Minsk Qrupu həmsədrlərindən vəziyyətə baxılmasını gözlədiyini qeyd etdi.

Vardan Toganyanın sözlərinə görə, Azərbaycan-Ermənistan sərhəddəki vəziyyət “o qədər də yaxşı deyil”:

“Münaqişə zonasından uzaq olan Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsi, bir neçə kənd, bu gün isə rayon mərkəzi – Berd şəhəri təcavüzə məruz qaldı”

Toganyanın sözlərinə görə, münaqişə Ermənistan tərəfindən təxribata səbəb ola bilməzdi: “Biz bunu həll etmək mərhələsindəyik. Yeganə qanuni beynəlxalq mandat ATƏT-in Minsk Qrupudur. Həmsədrlərin – Rusiya, Fransa, ABŞ-ın vasitəçiliyi var və biz yalnız siyasi prosesin davam etdirilməsinin tərəfdarıyıq.”

“Problem kimisə münaqişəyə cəlb etmək deyil, Azərbaycanın təcavüzünü dayandırmaq və Bakıda istədiyi təqdirdə bir növ siyasi həll yollarına keçməkdir. Ancaq bütün problem ondadır ki, Rəsmi Bakı münaqişəni qızışdırmaq və yeni aktyorları cəlb etmək istəyir.”

www.parla.az