Erməni “Monax”: “Oğlunu çıxardı deyə bir gecədə general rütbəsi verdin, Paşinyan?”backend

Erməni “Monax”: “Oğlunu çıxardı deyə bir gecədə general rütbəsi verdin, Paşinyan?”

“Monax” kimi tanınan Artur Ayvazyan keçirdiyi mətbuat konfransında müharibə ilə bağlı sensasion açıqlamalar verib.

PARLA mamul.am-a istinadən xəbər verir, o, bildirib ki, Stepikə general rütbəsinin verilməsi doğru deyil: “18 oktyabrda Styopikə general adı verildi. Xalqa cavab verin. Nə üçün cənub istiqamətində tamamilə məğlub olduğumuz halda o gecə general rütbəsini verdiniz?.

Bəzi xəbərlərə görə, o gün şübhəli şəkildə oğlu o ərazidən çıxarıldı, spetsnazlarımız işlədi, qurbanlarımız oldu, bu qədər texnika işlətdi, üstəlik hərbi aviasiya. Gedin ordunu bir-bir çağırın, sorğu-sual edin, görün ordu nə deyir, bütün ordu qarışıqdır; Boş şayiələrə görə, bütün səylər oğlunun çıxarılması üçün edildi. Oğlunu çıxardın, yaxşı etdin, qalanını da çıxart ․ Hava qüvvəsindən istifadə etdiniz, qalanını da çıxarın. Polkovniklər, hərbi hissə komandirləri öldü. Niyə Styopikə bir gecədə general verdin? “Aşotiki çölə çıxartdı” deyə monax bildirib.

Videoda təfərrüatlar.

www.parla.az