Erməni könüllülərindən azərbaycan dili biliyi TƏLƏBİbackend

Erməni könüllülərindən azərbaycan dili biliyi TƏLƏBİ

Erməni Vahid Məlumat Mərkəzinin könüllülərin seçimi barədə yaydığı məlumatda bir sıra tələblər irəli sürülüb.

PARLA xəbər verir ki, ən diqqət çəkən məqam könüllü işləmək istəyənlərdən Azərbaycan dili biliyinin tələb olunmasıdır. Belə ki, könüllülər rus, ingilis və Azərbaycan dillərini yazılı şəkildə bilməlidir.

Həmçinin, azərbaycanca sərbəst şəkildə bilən mütəxəssislərə ehtiyac olduğu bildirilib. Erməni könüllərdən xarici KİV-ləri izləmək, “Facebook”, “Instagram”, “Telegram”, “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbələrdə işləmək bacarığı da tələb olunur. Könüllülər hər gün saat 12:00-dan 18:00-dək iş başında olmalıdırlar.

Əslində, ermənilərin azərbaycanca bilən könüllülərə ehtiyac duymasının səbəbi bəllidir. Onlar bununla da azərbaycanca sosial şəbəkələrdə dezinformasiya, saxta xəbərlər tirajlamağa çalışırlar.

www.parla.az