Erməni jurnalist: “Kişilərimiz hərbidən yayınmaq üçün saxta koronavirus arayışı alırlar”backend

Erməni jurnalist: "Kişilərimiz hərbidən yayınmaq üçün saxta koronavirus arayışı alırlar"

Ermənistan ordusunun aciz, qorxaq kişilərdən ibarət olduğunu rəşadətli Azərbaycan Ordusu ilə yanaşı, həm də erməni qadınları dünyaya göstərir desək, yanılmarıq. Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da sonuncu addımı ilə bunu bir daha sübut etdi. Onun qadınlardan ibarət dəstə yığaraq döyüşlərə hazırlaşması ölkə mətbuatında da birmənalı qarşılanmadı.

PARLA xəbər verir ki, “Armenian Report” saytında erməni kişilərinin acizliyindən və hərbi xidmətdən yayınma cəhdlərindən bəhs edən köşə yazısı geniş müzakirəyə səbəb olub.

Ramella Mnaçakanyan müəllifi olduğu “Qadınlarla fəxr edirəm, kişilərin yerinə xəcalət çəkirəm” adlı köşəsində erməni kişilərin hərbi xidmətdən yayınmaq üçün rüşvət verərək saxta arayış aldıqlarını da qeyd edib:

“Hərbi xidmətdən yayınmaq üçün hərbi xidmətə çağırış komissiyasında rüşvət verməyə çalışan gənclər var. Sərhədlər bağlı olsa da, giriş-çıxış zamanı kişilərə yaş məhdudiyyəti qoyulsa da, bəzi kişilər hansısa yollarla Ermənistandan qaçmağa çalışırlar. Vətən qarşısında vəzifələrini yerinə yetirməmək üçün özlərinə saxta koronavirus arayışı alanlar da məlumdur”.

Erməni kişilərinə səslənərək “divanlardan qalxın, döyüşə gedin”, “erməni qadınları sağlamlıqlarını, həyatlarını riskə atmağa, vətənlərini qorumaq üçün evlərini tərk etməyə hazırdırlar”, “hey kişilər, haradasınız” kimi çağırışlar edib.

 

www.parla.az