İkiüzlü erməni əsir: “Azərbaycanda mənə it kimi yanaşırdılar”backend

İkiüzlü erməni əsir: "Azərbaycanda mənə it kimi davranırdılar"

Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri mülki şəxslərdən biri, Hadrut sakini – 1935-ci il təvəllüdlü Babayan Yevqeniya oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil verilib.

PARLA xəbər verir ki, ölkəmizdə ona göstərilən münasibətdən razı qaldığını etiraf edən, hətta çəkilmiş video zamanı Azərbaycan haqqında ədalətli şəkildə danışan erməni qadın Ermənistana qaytarılan kimi özlərinə xas ikiüzlülük nümayiş etdirərək işgəncələrə məruz qaldığını deyib. Halbuki Azərbaycanda olarkən çəkilən görüntülərdən də açıq görünür ki, biz onlardan fərqli olaraq əsirlərə işgəncə vermir, onları ölümcül vəziyyətə salmırıq.
Mərhəmətli varlıq olan itlərlə müqayisə olunmayacaq bu xalqın nümayəndəsi Azərbaycanda ona it kimi davranıldığını desə də, görünən odur ki, əslində sağlamlığı daxil olmaqla, hər şey qaydasındadır.

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistana təhvil verilən 85 yaşlı qadının Azərbaycanda təzyiq görməsi ilə bağlı fikirlərinə münasibət bildirib:

“Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir. Bizdə olan məlumata görə həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib.

Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Yevgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib. Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmamış və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanada yerləşdirilib”.

www.parla.az