Erməni əsirlərdən biri din xadimidirbackend

Erməni əsirlərdən biri din xadimidir

Əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu müəyyənləşib.

PARLA xəbər verir ki, Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç Ermənistan hökümətinə din xadimi olduğunu əsas gətirərək etiraz etsə də, silahlandırılaraq Qubadlı rayonundakı döyüşlərə göndərilib.

Bildirək ki, adventist kilsəsi müharibəyə qarşı çıxan, sülhü təlqin edən bir kilsədir. Belə bir kilsənin pastorunun zorla döyüşlərə cəlb edilməsi Ermənistan ordusunda olan acınacaqlı vəziyyətin növbəti təzahürüdür.

www.parla.az