Erməni əsir: “Hərbi hissədə 1500 nəfər kürd əsilli muzdlular var idi, ayda 600 USD alırdılar” – VİDEObackend

Erməni əsir: "Hərbi hissədə 1500 nəfər kürd əsilli muzdlular var idi, ayda 600 USD alırdılar" - VİDEO

Əsir götürülən erməni hərbçilərdən biri Mikayelyan Albert Yervandi sıralarında döyüşən muzdlular barədə danışıb:

“Mən Mikayelyan Albert Yervandi sentyabrın 7-si 2001-ci ildə Şirak vilayətinin Artik şəhərində anadan olmuşam. 2019-cu ilin dekabrın 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütməsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada mən tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.(report.az)

www.parla.az