Eldar Həsənovun həbsindən apellyasiya şikayəti verilibbackend

Eldar Həsənovun həbsindən apellyasiya şikayəti verilib

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun barəsindəki həbs-qətimkan tədbiri ilə bağlı Səbael Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

PARLA-nın xəbərinə görə, vəkil Adil İsmayılov tərəfindən yazılmış apellyasiya şikayətində Eldar Həsənov barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahiş olunr.

Şikayətə üç gün müddətində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Rəsmi məlumata görə, Eldar Həsənov “XİN İşi” çərçivəsində başlanan cinayət işinin istintaqı çərçivəsində həbs edilib.

www.parla.az