Eldar Həsənov Ceyhun Bayramovla görüşə gedərkən DTX tərəfindən həbs olunub – VƏKİLbackend

Eldar Həsənov Ceyhun Bayramovla görüşə gedərkən DTX tərəfindən həbs olunub - VƏKİL

“Son günlər ucuz sensassiya xətrinə heç bir əsası olmayan xəbərlər yayılır. Eldar Həsənovun işi ilə bağlı indiki vəziyyətdə aşağıdakı məlumatları paylaşmağı zəruri hesab edirəm”:

PARLA xəbər verir ki, Eldar Həsənovun vəkili Adil İsmayılov keçmiş səfirin həbsi və məhkəmə işi ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Vəkilin sözlərinə görə sabiq səfir Ceyhun Bayramovla görüşə gedərkən Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb:

“Eldar Həsənovla 30 ildən artıq müddətdir ki, şəxsi tanışlığımız var. E.Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam. Həmin gün şübhəli şəxs kimi saxlanılıb, ertəsi gün 14 avqustda Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarından apellyasiya şikayəri vermişik. Bu gün 20 avqustda Bakı Apellyasiya məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvəsində saxlayıb. Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. O, ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heş bir ifadə verməyib.

Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük”.

www.parla.az