Ekstrasens Azra Məcidovadan nazirlərlə bağlı ŞOK PROQNOZbackend

Ekstrasens Azra Məcidovadan nazirlərlə bağlı ŞOK PROQNOZ

İllər öncə Rusiyaya köçərək orada yaşayan, hər zaman dəqiq proqnozları ilə seçilən Azra Məcidova azərbaycanlı nazirlərlə bağlı şok açıqlamalar verib.

PARLA xəbər verir ki, ekstrasens bu il kimlərin vəzifədən gedəcəyini açıqlayıb.

“Azərbaycanda yüksək kürsüdə oturan çox insan hakimiyyətdən gedəcək. Məsələn, illərdir Kəmaləddin Heydərovun gedəcəyi deyilir ki, bu, reallaşa bilər. Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov da postunu itirəcək. Ən pisi odur ki, o, ətrafındakılara çox güvənir, elə “yaxın” bildiyi insanlar da ona problem yaradır. Təəssüf ki, çox adam əslində onun necə xeyirxah insan olduğunu bilmir. Zakir Həsənov bu il sağlamlığında problem yaşayacaq. Daha dəqiq desəm ürək, qan-damar sistemində. Əgər vəziyyəti yaxşı olsa vəzifəsini icra edə biləcək. İşi ilə bağlı heç nə görə bilmirəm, çünki bütün problemlər sağlamlığı ilə bağlı olacaq. Sağlamlıq demişkən, Səhiyyə naziri Oqtay Şirəliyev də öz kürsüsündə qalacaq. Son illər prezidentin və xalqın etimadını qazanan Hikmət Hacıyev də uzun illər hakimiyyətdə olacaq. ADY-nin sədri Cavid Qurbanovun daha yüksək vəzifəyə qalxacağı gözlənilir. Ceyhun Bayramov, Mikayıl Cabbarov da bu il işini davam etdirəcək”- deyə A.Məcidova bildirib.

www.parla.az