Düşmənin Xankəndi yaxınlığındakı silah-sursat anbarı partladıbackend

Düşmənin Xankəndi yaxınlığındakı silah-sursat anbarı partladı

Düşmənin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

PARLA xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Bundan başqa, Müdafiə Nazirliyi Ermənistan mətbuatının  yaydığı növbəti yalana aydınlıq gətirib: “Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır”.

www.parla.az