Düşmənin sosial şəbəkələrdəki təxribatının qarşısını almaq üçün sayt yaradıldıbackend

Düşmənin sosial şəbəkələrdəki təxribatının qarşısını almaq üçün sayt yaradıldı

Düşmənin Azərbaycandakı vəziyyəti gərginləşdirmək və həyacan yaratmaq məqsədilə internet resurslarında və sosial şəbəkələrdə saxta-feyk xəbərlərinin qarşısının alınması üçün yeni sayt yaradılıb.

PARLA xəbər verir ki, yeni www.fake.az internet saytı vasitəsilə istifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə biləcək.

Həmçinin bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple, google və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq olmaq mümkündür.

Əlavə olaraq “Telegram” mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.

 

www.parla.az