Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu – FOTObackend

Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO

Bu gün N saylı hərbi hissədə jurnalistlərə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi texnikaları təqdim olunub.

PARLA-nın məlumatına görə, düşmən öz silah-sursat və hərbi texnikasını döyüş meydanında qoyaraq qaçır:

“Hərbiçilərimiz tərəfindən 20 -yə yaxın işlək vəziyyətdə olan “Ural” markalı yük maşınları götürülüb. Eyni zamanda hərbiçilərimiz döyüş meydanından düşmənin 3 ədəd “T-72” tankını içərisində silah-sursatla birgə götürüblər. Bu qənimətlər Cəbrayıl rayonunda ələ keçirilib.

Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan Ordusu tərəfindən Ermənistanın silahlı qüvvələrinə məxsus çoxsaylı məhv edilən və işlək vəziyyətdə olan zirehli texnika, silah-sursat mövcuddur”.

www.parla.az