Düşmən növbəti dəfə humanitar atəşkəsi pozdu, Laçındakı son vəziyyət – RƏSMİbackend

Düşmən növbəti dəfə humanitar atəşkəsi pozdu, Laçındakı son vəziyyət - RƏSMİ

Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub.

PARLA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

“Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini, həmçinin Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

www.parla.az