Dünyanın müxtəlif ölkələrində Şuşa sevinci – FOTObackend

Dünyanın müxtəlif ölkələrində Şuşa sevinci - FOTO

İstanbulda Bəyazid meydanında “Birlikdən güc doğar” adlı aksiya keçirilib.

PARLA xəbər verir ki, Azərbaycana dəstək, Şuşanın işğaldan azad edilməsinin qeyd olunması və erməni terroruna etiraz məqsədi ilə keçirilən tədbir azərbaycanlıların İstanbuldakı bütün diaspor təşkilatları tərəfindən təşkil edilib.

Azərbaycan mədəniyyətinin beşiyi olan qədim şəhərimiz Şuşanın Ermənistan işğalından azad olunması Rusiya paytaxtında da böyük sevinclə qarşılanıb.

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri ölkəmizin Moskvadakı səfirliyinin önünə toplaşıblar.

ABŞ-ın Nyu-York şəhərinin mərkəzi küçə və meydanlarında Şuşa qələbəsi münasibətilə avtoyürüş keçirilib. Həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin foto və videolarını çəkməklə yanaşı, aksiya iştirakçılarına yaxınlaşaraq məlumatlar alıblar.

Üzərində “Qarşıla bizi, Şuşa!”, “28 ilin həsrət adamları gəlir”, “Şuşa şəhəri işğaldan azad edildi – Prezident İlham Əliyev”, eyni zamanda Şuşa şəhəri haqqında ingilis dilində məlumatların əks olunduğu rəqəmsal plakatların olduğu xüsusi maşın yürüş ərzində avtomobil karvanını önündə hərəkət edib.

Moldova sakinləri də Şuşa xəbərini Səfirliyə toplaşaraq qeyd ediblər.

Azərbaycanın Moldovadakı Səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Q.Osmanov qədim şəhər olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu qələbənin əldə edilməsində Ali Baş Komandan başda olmaqla müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirib, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

www.parla.az