Dünyada ən yüksək məvacib alan aktyorlar – SİYAHIbackend

Dünyada ən yüksək məvacib alan aktyorlar - SİYAHI

“Forbes” jurnalı dünyada ən yüksək məvacib alan aktyorların reytinqini tərtib edib.

Siyahıya daxil olan on aktyor ümumilikdə 545,5 milyon dollar qazanıb.

Biricini yeri artıq ikinci ildir 87,5 dollar gəlirlə Dueyn Conson tutur. O, işıq üzü görəcək “Qırmızı bildiriş” filmindəki roluna görə “Netflix”dən 23,5 milyon dollar alıb və “Under Amour” kompaniyasının buraxdığı “Projeck Rock” məhsullarının səfiri kimi gəlir əldə edib.

İkinci yerdə 71,5 milyon gəlirlə Rayan Reynolds, üçüncü yerdə isə 58 milyon dollar gəlirlə Mark Uolberq qərarlaşıb.

Siyahı, əsasən, Hollivud ulduzlarından ibarətdir. Ona, həmçinin Ben Afflek (dördüncü yer, 55 milyon dollar) və Vin Dizel (beşinci yer, 54 milyon dollar) daxil olublar.

Reytinqdə 48,5 milyon dollar gəlirlə hind aktyor Akşay Kumar da yer alıb.

www.parla.az