Dünyaca məşhur verilişdən Azərbaycana DƏSTƏKbackend

Dünyaca məşhur verilişdən Azərbaycana DƏSTƏK

“Hamımızın ağlında azərbaycanlı qardaşlarımızın mübarizəsi var. Onlara buradan salam göndəririk. Hamısına apardıqları mübarizədə uğurlar diləyirik”,- deyə TV 8-də yayımlanan dünyaca məşhur “Masterchef Türkiyə” layihəsinin bugünkü buraxılışının anonsunda bildirilib.

Türkiyənin Çanaqqala zəfərinə həsr olunan verilişdə illər əvvəl həmin döyüşdə Azərbaycan əsgərlərinin də şəhid olduğu vurğulanıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü bərpası uğrunda aparılan döyüşlərdə uğur dilənib.
Sonda Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu, bir-birini sıxan iki əl təsvir olunub. Fonda isə Xalq artisti Azərinin “Çırpınırdı Qara dəniz” ifası səsləndirilib. (Bakupost az)

www.parla.az