Dünya şöhrətli aktyor Ben Kross vəfat etdibackend

Dünya şöhrətli aktyor Ben Kross vəfat etdi

1981-ci ildə “Odlu cəng arabaları” filmi ilə dünya şöhrəti qazanan ingilis aktyor Ben Kross 72 yaşında vəfat edib.

PARLA xəbər verir ki, bu barədə onun qızı Loren aktyorun feysbuk səhifəsində məlumat verib. Bildirilib ki, Kross qısa müddət əvvəl başlayan xəstəlik səbəbindən son günlərdə vəziyyəti kəskin pisləşdiyinə görə dünyasını dəyişib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Ben Kross bu yaxınlarda 2021-ci ildə premyerası planlaşdırılan “Şeytanın işığı” filminin çəkilişlərini başa vurub. Həmçinin onun 2020-ci ildə premyerası gözlənilən “Sevgilindən son məktub” filminin baş rolunu canlandırdığı bildirilib.

Kross 2012-ci ildə “Odlu cəng arabaları” filmi haqqında danışarkən “bu cür filmlər həyatınızı peşəkar baxımdan dəyişdirir” deyə bildirmişdi. Onun sözlərinə görə, bundan sonra 80-90 layihədə iştirak etsə də, onlardan heç biri uğur qazana bilməyib.

O, “Odlu cəng arabaları” filmində 1924-cü il Olimpiadasının qaçış yarışlarında ölkəsini təmsil edən Kembric tələbəsi Harold Abrahamsın rolunu canladırıb. Film ən yaxşı görüntü, ssenari, orijinal film musiqisi və ən yaxşı geyim nominasiyalarında “Oskar” mükafatına layiq görülüb. Bundan əlavə, film “BAFTA” və “Qızıl Qlobus”  mükafatlarını da qazanıb.

www.parla.az