Dünya çempionu yaddaşını itirdibackend

Dünya çempionu yaddaşını itirdi

İngiltərə millisinin sabiq futbolçusu Bobbi Çarltona demensiya diaqnozu qoyulub.

PARLA xəbər verir ki, bu barədə “The Telegraph” nəşrinə açıqlamasında veteran yarımmüdafiəçinin həyat yoldaşı Norma Çarlton deyib. O, ərinin yaddaşını itirdiyini bildirib.

“Mançester Yunayted” rəsmi saytı vasitəsilə 83 yaşlı keçmiş oyunçusuna dəstək verib.

Qeyd edək ki, 1966-cı ildə İngiltərə millisinin heyətində dünya çempionu olmuş Bobbi Çarlton ölkənin ən yaxşı futbolçularından biri hesab olunur. Əfsanəvi oyunçu həmin il “Qızıl top” mükafatına layiq görülüb. O, dünyanın ən yaxşı hücumameyyli yarımmüdafiəçisi adına da namizəd göstərilib. (Report)

www.parla.az