“Döyüşlər davam etsəydi, biz hər şeyi itirərdik” – Rəsmi Ermənistanbackend

“Döyüşlər davam etsəydi, biz hər şeyi itirərdik” - Rəsmi Ermənistan

Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident”i kimi təqdim edən Araik Arutyunyan Azərbaycanla müqayisədə dəfələrlə zəif olduqları haqda daha bir açıqlama verib. 

PARLA xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında canlı yayım edib. Bildirib ki, döyüşlər belə sürətlə davam etsəydi, onlar hər şeylərini itirəcəkdilər.

“Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut bölgələrini, əsasən Xocavənd və Əsgəran bölgələrinin bir hissəsini və ən əsası Şuşanı itirdik. Döyüşlər artıq Xankəndinin kənarında, 2-3 kilometr məsafədə davam edirdi. Döyüşlər eyni sürətlə davam etsəydi, bir neçə gün ərzində hamısını itirmiş olardıq”,- deyə Arutyunyan qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Qarabağla bağlı məğlubiyyət anlaşmasına niyə daha əvvəl imza atılmamasına münasibət bildirib.

Paşinyan bu barədə feysbukda canlı yayımda etdiyi müraciətdə danışıb. O qeyd edib ki, Qarabağla bağlı müqavilə ordunun tövsiyəsi ilə imzalanıb.

“Ordu dayanmağın lazım olduğunu bildirdi. Çünki problemlərimiz var, onların həlli üçün isə perspektiv yoxdur və resurslar tükənib”,- deyə Paşinyan qeyd edib. (Qafqazinfo) Rəsmi

www.parla.az