Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı açıqlamabackend

Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı açıqlama

“Epidemioloji vəziyyət nəzərə alınmaqla, dövlət orqanlarının işçilərinin hansı say tərkibində işə çıxması məsələsi müzakirə olunmaqdadır”.

PARLA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda yay mövsümü olduğu üçün dövlət orqanlarında iş yükü azalıb:

“Dövlət orqanlarının işçilərinin məhdudlaşdırıcı və ya növbəli prinsiplərlə işə çıxması müzakirə olunur.

www.parla.az