Dövlət İdarəçilik Akademiyası Ramiz Mehdiyevlə Əli Həsənovu işdən çıxarırbackend

Dövlət İdarəçilik Akademiyası Ramiz Mehdiyevlə Əli Həsənovu işdən çıxarır

Prezident yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağındaki 6 kafedraya müdir vəzifəsinin tutulması müsabiqə elan edib.

PARLA-nın məlumatına görə, bunlar aşağıdakı kafedralardı:

Politologya və siyasi idarəetmə – kafedra müdiri

Dövlət qulluğu və kadr siyasəti – kafedra müdiri

Beynəlxalq münasibətlər və xarici siyasət – kafedra müdiri

Dövlət idarəetməsi və menecment – kafedra müdiri

Fəlsəfə və sosial psixologiya – kafedra müdiri

Dillər – kafedra müdiri

Müsabiqə ilə bağlı elanda bildirilib ki, bu istiqamətlər üzrə vəzifələrin tutulması üçün elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

“Sənədləri bu elan dərc edilən gündən bir ay müddətində təqdim etmək olar”,-deyə Akademiya bəyan edib.

Müsabiqə 2020-ci il sentyabrın 4-də elan edilib.

PARLA-nın məlumatına görə, elanda diqqətçəkən məqam müsabiqəyə çıxarılan Dövlət qulluğu və kadr siyasəti ilə Beynəlxalq münasibətlər və xarici siyasət kafedraları ilə bağlıdır. Çünki hazırda bu iki kafedraya ölkənin ictimai-siyası arenasında tanınmış simalar rəhbərlik edirlər.

Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, hazırda Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur.

Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdir vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.

Beləliklə, Dövlət İdarəçilik Akademiyası həmin kafedralara yeni müdir axtarmaqla Ramiz Mehdiyev və Əli Həsənovla vidalaşmağa hazırlaşır.

www.parla.az