“Dostunun qardaşını gülləylə vurmuşdu…” — Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu barədəbackend

“Dostunun qardaşını gülləylə vurmuşdu…” — Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu barədə 

“Ölkə.Az” Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu Daşqın Nəsirovla bağlı şok məlumatlar əldə edib.

PARLA xəbər verir ki, qəsəbə sakinlərindən birinin Ölkə.Az-ın redaksiyasına verdiyi məlumata görə, Sakinin iddiasına görə, Daşqın Nəsirov bir neçə il öncə Mollaağa adlı şəxsin qardaşını güllələdiyinə görə də həbs edilibmiş:

“Mollaağa uzun müddət Rahil Babayevlə əlbir olaraq Türkan torpaqlarının əksəriyyətini satıb. Quliyev Mollağa Fəzail oğlu, Rahil Babayev və Daşqın Nəsirov yaxın idilər.

Ağdam rayonunun hazırki icra başçısı Vaqif Həsənov Xəzər rayonunda icra başçısının müavini olanda bu şəxslərə himayədarlıq edirdi. Vaqif Həsənov bu insanlarla saxta sənəd alveri edib və bu barədə mətbuatda da məlumatlar dərc edilib”.

Qəsəbə sakini bildirib ki, D.Nəsirov Mollaağa Quliyevlə mübahisəsini onun qardaşı ilə həll etmək qərarına gəlib:

“Daşqınla Mollaşağanın söhbəti düşmüşdü . Daşqın gedib Mollağanın Türkanda dəniz kənarındakı “Eldar” istirahət mərkəzində onun qardaşı Faili gülləylə vurmuşdu. Həbs edildi, qısa müddət sonra azadlığa buraxıldı. Daşqının atası Samgül xanımı və anası Şirabalanı da çox yaxşı tanıyırdım, vəfat ediblər. Daşqının Türkanda “Aqroprom bağları” deyilən ərazidə yaxşı ev-eşiyi, ofisi var”.

Qeyd edək ki, Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun və Türkan qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev həbs edilməsi xəbərini ilk olaraq Aktualxeber.az saytı yayıb.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

www.parla.az