Dinc sakinlərimizə atəş açan erməni hərbçi öldürüldü – RƏSMİbackend

Dinc sakinlərimizə atəş açan erməni hərbçi öldürüldü - RƏSMİ

Ermənistan-Azərbaycan sərhədində ağır yaralanan Artur Baqratoviç Muradyan (2001-ci il təvəllüdlü) iyulun 23-də ölüb.

PARLA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Artur Muradyan iyulun 14-də Azərbaycan istiqamətinə atəş açarkən hərbi birləşmələrimiz tərəfindən cavab atəşi nəticəsində ağır yaralanıb.

Erməni hərbçi bu gün ölüb.

www.parla.az