DİM sədri ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət etdibackend

DİM sədri ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideyn və abituriyetnlərə çağırış edib.

PARLA xəbər verir ki, DİM sədri abituriyentlərə ixtisas seçimində məhz özlərinin iştirak etmələrini məsləhət görüb.

O bildirib ki, çox vaxt kənar şəxslər bu işə cəlb olunur və monitorinq keçirəndə müxtəlif qruplar formalaşdığı müşahidə olunur və orada müxtəlif təkliflər səsləndirilir:

“Bu, yalnış yoldur və bu yolla getməyi məsləhət görmürəm. Bakıda 6 universistetdə və 9 regional bölmədə ixtisas seçimi əlaqədar məsləhət mərkəzləri yaradılıb. Orada bütün xidmətlər pulsuzdur. Hesab edirəm ki, hazırlıqlı abituriyent üçün bu xidmətə lüzum yoxdur”.

www.parla.az