DİM Naxçıvanda imtahan keçirmək üçün təyyarə sifariş veribbackend

DİM Naxçıvanda imtahan keçirmək üçün təyyarə sifariş verib

Bir həftədən sonra Naxçıvanda mütləq bütün imtahanlar keçiriləcək.

PARLA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O xatırladıb ki, hazırda Naxçıvana gediş-gəliş məhdudur:

“Heyəti ora göndərmək üçün xüsusi təyyarə sifariş vermişik. Bu məsələ həll olan kimi orada da buraxılış imtahanlarını keçirəcəyik”.

www.parla.az