Deputatı saxlayan yol polisi ilə bağlı tədbir görüləcəkbackend

Deputatı saxlayan yol polisi ilə bağlı tədbir görüləcək

“Dünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi idarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik”.

PARLA xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Facebook” səhifəsindəki paylaşımında bildirib.

“Qaldırdığım məsələlərlə bağlı problemlərin araşdıralacağını dedilər və məlum polis nəfəri ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini vurğuladılar. Araşdırma gedir”, – partiya sədri qeyd edib.

www.parla.az